ABŞ-dan Ərdoğana cavab: `Bu bəyanat cəfəngiyatdır`


13:26     28 Dekabr 2016 32855746.jpg

Dövlət Departamenti Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın ABŞ-ın İŞİD-ə dəstək verməsi barədə bəyanatını gülünc adlandırıb.


“Reuters”in verdiyi xəbərə görə, Dövlət Departamentinin nümayəndəsi Mark Toner qeyd edib ki, Ankaranın bu cür bəyanatlar verməyə əsası yoxdur və bu ittiham cəfəngiyatdır.

Bundan əvvəl Ərdoğan koalisiya qüvvələrinin İŞİD-lə mübarizəyə dair öhdəliklərini icra etmədiyini qeyd edib:

“Onlar bizi İŞİD-ə dəstək verməkdə ittiham edirlər. Amma hazırda onlar İŞİD, PYD, YPG-də daxil olmaqla digər terror qruplaşmalarına dəstək verirlər. Bu gün kimi aydındır. Bizim əlimizdə şəkillər, fotolar və videolarla təsdiq olunacaq dəlillər var”.

Qeyd edək ki, Ərdoğan bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyada İŞİD də daxil olmaqla terror qruplaşmalarına dəstək verməsini təsdiqləyən dəlillərin olduğunu bəyan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1299